Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Yeni, vacib həm də böyük fikirlər...

 Sabir  Rüstəmxanlı (xalq şairi, millət vəkili) 

 


 

      "YENİ, VACİB, HƏM DƏ BÖYÜK  FİKİRLƏR ÇATDIRMAQ AMACI" 

      Mətbuatda Hafiz Mirzə imzası ilə çoxdan tanış idim. "Olaylar" qəzetinin səhifələrində onun müxtəlif mövzularda maraqlı yazılarını oxuyurdum. Sonra bir dəfə onun internet yara­dı­cılıq səhifəsinə daxil oldum və orada onu təkcə bir publisist olaraq deyil, həm də bir şair və ya­zıçı olaraq tanıdım. Lakin Hafiz bəyin "Son və başlanğıc" adlı iri həcmli romanını oxuduqdan sonra ədəbiyyatımıza kifayət qədər ciddi bir yazarın gəlmiş olmasına əmin oldum. O çox böyük ide­yaları  bir mətləb ətrafında məharətlə birləşdirmiş, İsa peyğəmbərin doğumundan başlayaraq, ta 3750-ci ilədək baş vermiş, verən və verəcək qlobal hadisələrlə dünyanın faciəli sonluğu ara­sında paralellər qura bilmiş, çox zəngin, tarixi və elmi -fantastik  bir roman ərsəyə gətirmişdi. Bu romanda insanlığa ünvanlanmış çox mühüm mesajlar vardı. Heç üstündən bir il ötməmiş, budur, Hafiz Mirzə daha sanballı yeni bir kitabı ilə oxucuların görüşünə gəlir. "Mütəfəkkir"!Oxuculara təqdim olunan bu kitab əslində "Nəsihətnamə" xarakterini daşıyır. Yaxın-uzaq keçmişdə böyük yazarlar bu tipli əsərlər ərsəyə gətirər və bununla cəmiyyətə daha böyük ismarıclar göndərərdilər. Çoxdan idi ki, Azərbaycan ədəbiyyatında yazarlardan kimsə öz oğluna nəsihət xarakterli əsər yazmırdı. Bu bəlkə də gəncliyə yeni bir söz deməyin qeyri-mümkünlüyündən, mövcud zamanın yeni baxış və tələblərindən irəli gəlirdi. Budur, Hafiz Mirzə yeni formada, yeni məzmunda, tam gəncliyin dili ilə onunla söhbət edir. Əsərin 101 söhbət formasında qurulması da çox maraqlıdır. Müəllif sanki öz övladına( əslində isə bütün övladlara) sadə dildə dünya, həyat, ölkə, cəmiyyət, ailə və insanlıq barəsində realist yanaşma ilə çox mühüm mətləbləri çatdırır. Xüsusən müəllifin dini-metafizik fikirləri çox dərin məzmun və ictimai əhəmiyyət kəsb edir. Kitabda müasir dünyanı narahat edən  bütün mətləblərə toxu­nul­muş­dur. Müasir dünya ciyasəti, iqtisadiyyatı, ədəbiyyatı, din, elm və texnika barədə ciddi araş­dır­malar, mülahizələr əsərin əsas qayəsini təşkil edir. Bütün fikirlər yeni və maraqlıdır. Çünki Hafiz Mirzənin qlobal hadisələrə yanaşma tərzi çox fərqli, dili sadə, fikirlər dərin və dü­şün­dü­rü­cüdür. Hər bir söhbət əslində "arifə bir işarə" və düzgün istiqamət xarakteri daşıyır. Əsərdə Hafiz bəyin obyektivliyi, Vətənpərvərliyi və cəsarəti aşkar duyulmaqdadır. Müəllifin bütün övladlara müdrik və mütəfəkkir olmaq arzuları da onun Vətənpərvərliyindən qaynaqlanır. Kitabın müasir insan cəmiyyətinin formalaşması və ictimai şüurun mükəmməl təşəkkül tapması yolunda müstəsnə xidmətlər göstərmiş müdrik şəxsiyyətlərə ittihaf olaraq "Mütəfəkkir" adlanması da böyük mətləblərdən xəbər verir. Bu kitabı fəlsəfi, tarixi, ədəbi, siyasi və sosiaoloji tədqiqat əsəri də hesab etmək olar. Mən onun təkcə gənclər üçün deyil, bütün yaşlarda oxucular üçün çox əhəmiyyətli olacağını düşünürəm. Hafiz Mirzədən isə bundan sonra daha dəyərli yeni əsərlər tələb olunur. Onun buna gücünün yetərincə olduğuna tam əminəm.

 

 

 

                    Sabir Rüstəmxanlı (xalq şairi, Millət vəkili)


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai