Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Nə istədiyini bilən yazıçı

       

 

    NƏ İSTƏDİYİNİ BİLƏN YAZIÇI

 

        Son illər Hafiz Mirzənin adı ədəbi-ictimaiyyət arasında tez-tez hallanır və təqdir olunur. Buna səbəb onun ictimaiyyətə məhsuldar, keyfiyyətli nəsr və publisistika nümunələri təqdim eləməsidir. Sonuncu nəşr olunan Qızmar yayın soyuq küləkləri kitabıyla da Hafiz Mirzə yeni bir uğuruna imza atmışdır. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, o ədəbi mövqeyi olan bir yazıçıdır. O, nə istədiyini çox gözəl bilir və öz missiyasını gözəl anlayır. Onun ədəbi mövqeyi əslində əsil vətəndaş mövqeyi deməkdir. Etiraf edək ki, mövcud zamanımızda heç də hər yazar belə deyildir.H.Mirzənin şəxsiyyəti barədə danışmaq bir ayrıca və böyük söhbətin mövzusudur. Ədəbi yaradıcılığı barədə danışmaq isə böyük elmi tədqiqat işidir. İndiki məqamda mən onun sonuncu kitabı barədə bəzi fikirlərimi bölüşməyə üstünlük verərdim. Kitaba müəllifin 6 povest və 9 hekayəsi toplanmışdır. Lakin orada Qızmar yayın soyuq küləkləri adında nə povest, nə də hekayə vardır. Kitabdakı əsərlərin ümumi ruhu ilə tanış olduqdan sonra bu qənaətə gəlirsən ki, qızmar yayın içərisindəki  soyuq küləyi hiss eləmədən yaşamaq əslində yaşamamaqdır.  Soyuq küləyin mövcudluğu əslində xəbərdarlıqdır və kitabın hər bir səhifəsində bu küləyin varlığı hiss olunur.
      Kiaba daxil edilmiş hər bir əsər barəsində ayrıca və geniş danışmaq olar. Onun heç bir əsərinin üstündən sükutla keçmək olmur. Çünki onlar kifayət qədər peşəkar qələmin məhsuludur. Bu kitabdakı
Qurulmayan saat povesti həm sıra üzrə birinci gəldiyi, həm də  məna tutumuna görə xüsusi diqqət tələb edir. Əminəm ki, onun barəsində deyəcəyim fikirlərin bir çoxu digər əsərlərinə də aiddir. H.Mirzə dünyadakı ədəbi cərəyanları və izmləri gözəl  bildiyi üçün bu əsərində bütün forma və metodları cəmləməyə çalışır və özünəməxsus yazı manerasını müəyyənləşdirir. Əslində qurulmayan saat həm  də qurulan saatdır. Bu saatın məlum ölçüləri içərisində isə əsərin qəhrəmanı Vahab Manaf oğlu yaşayır. Yazıçı povestin ilk cümləsindən Vahab Manaf oğlunun məlum standartlarla yaşamadığını ifadə edə bilir. Onun həyatına diqqət edəndə zahirən hər şeyin yerində olması fikri yaranır. Qəhrəmanın bir günlük həyatına nəzər salarkən məhz bu nəticəyə gəlirsən. Və bu bircə gün kifayət edir ki, onun bütöv portreti məlum olsun. Yazıçı demək istəyir ki, ömür elə bircə gündən ibarətdir. O, bircə gündə başlanır və bitir.  Vahab Manaf oğlu bir günün işlərini elə saat dəqiqliyi ilə yerinə yetirir. Onun qadına münasibəti də  plana uyğun gedir və əgər cəmiyyətdə çoxluğun  qəbul etdiyi formula əsaslansaq, o, çox savadlı və ağıllıdır. Bu yerdə bütün zamanların çağdaşı  Mövlanə Cəlaləddin Ruminin sözləri yada düşür. Ağıl və zəka şeytan əlamətidir. Ey haqq yolçusu , sən əqli, zəkanı sat ki, heyranlığı satın ala biləsən. Çünki zəkalı olmaq, ağıllı olmaq bir fikir yürütməkdən və bir zənnə qatılmaqdan ibarətdir. Halbuki heyranlıq haqqın gözəlliyini, qüdrətini, sənətini görmək və çaşıb qalmaqdır.  Və əslində  Vahab Manaf oğlu da çaşıb qalsmışdır! Bu çaşqınlığa  rəğmən onun növbəti gününün saatı qurulmur saat dayanır. Belə bir qayə üzərində qurulmuş əsər çox maraqlı və dəyərlidir. Hafiz Mirzəni təqdim edəndə çox vaxt yazıçı-publisist epitetindən istifadə edirlər. Və tamamilə haqlıdırlar. Çünki o eyni zamanda məhsuldar publisistika ilə məşğuldur. Dünya ədəbi praktikasında böyük yazıçılar ədəbi repartyorluqdan yazıçılığa gəlir. Ernest Hemunquey  də belə olub, Qabriel Markes də. Bir sıra digər yazıçılar isə publisistikaya ya dünya şöhrəti  qazandıqdan sonra gəlir və ya qayıdır. Hafiz Mirzə isə yazıçılıqdan, nəsrdən birbaşa publisistikaya keçmişdir və bunların hər ikisini yanaşı apara bilir. Qeyd etməliyəm ki, bu isə  bəzi hallarda  bədii mətnin  emossional-ekspressiv  effektini zəiflədir, bədiiliklə publisistik çaların balansı pozulur. Qurulmayan saat povestində bu az da olsa sezilir. Açığını deyim ki, Hafiz Mirzənin hadisələrin ən  kiçik təfərrüatına varmaq bacarığı hətta böyük yazıçıları da heyrətləndirə bilər. Onun yazıçı nəzərlərindən heç nə yayınmır və ən kiçik predmetlər də danışır. Bu əladır! Lakin adama elə gəlir ki, yazıçı bəzi məqamlarda ehtiyat edir, çəkinir. Sual olunur: niyə? Axı bədii mətn də bizi çuğlayan dünyanın harmoniyasından yaranır. Məncə Ayın 32-ci günü  kitabına qarşı olmuş hücumlardan əsla çəkinmək lazım deyil! Bunu davam  və inkişaf etdirmək lazımdır. Bu isə heç asan deyil, çox üzüntülü, əzablı, əziyytlidir.
     Mən yazıçı dostuma bu üzücü və məşəqqətli  işini fasiləsiz davam etdirməsini, bizləri yeni-yeni kitablarla sevindirməsini arzulayıram!

 

                                                                  Mehman  QARAXANOĞLU   -şair ,Beynəlxalq Sənət və Mövlana Rumi mükafatları laureatı.

                                                                                     

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai