Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Mükəmməl qurulmuş QURULMAYAN SAAT

 

            

          MÜKƏMMƏL QURULMUŞ  “QURULMAYAN SAAT” 

                (Hafiz Mirzənin “Qızmar yayın soyuq küləkləri” kitabı barədə)

   

        Yazıçı-publisist Hafiz Mirzəni  mən hələ doxsanıncı illərin əvvəllərindən tanıyırdım və onun bir sıra məqalələrini oxumuşdum. Hələ 15 il bundan əvvəl də onun yazılarında indiki qədər qeyri-adi yanaşma tərzi, maraqlı ifadələr və incə yumor hiss olunurdu. Lakin o vaxt da, indi də hər adam onu qəbul edə bilmirdi. Əslində isə Hafiz son dərəcə səmimi, fəal, bacarıqlı, sözünü deməkdən çəkinməyən mədəniyyət işçisi, cəsarətli, mübariz, Vətənçi və azərbaycançı bir şəxs olaraq, həm də gözəl etnoqraf və  ədəbiyyat bilicisidir. Bunlara nümunə olaraq onun 1997-ci ildə nəşr olunan “Əbədi məhəbbət nağılı” adlı povestlər və 2001-ci ildə çıxan “Separadi” kitablarını göstərmək olar. Eyni zamanda onun “Reytinq”, “Xural” və “Olaylar” kimi mərkəzi qəzetlərdə dərc olunan publisistik yazıları  özündə böyük mətləbləri, əsil həqiqətləri və bir ziyalı şəxsin düşüncələrini ifadə edirdi. Amma mən onun yaradıcılığının şah əsərləri kimi  birinci olaraq Ayın 32-ci günü kitabını göstərə bilərəm. Bu kitab böyük bir ənənənin davamı olaraq ərsəyə gəlmişdi. Azərbaycanda bünövrəsi Cəlil Məmmədquluzadə tərəfindən qoyulan yeni realist nəsrin 60-ci illər ədəbi nəslinə mənsub Anar, Elçin, Əkrəm Əylisli kimi ardıcılları vardı. Hafiz Mirzənin  “Ayın 32-ci günü” kitabına daxil edilmiş əsərləri də məhz həmin nəsrin, amma həm də artıq çox cilalanmış və müstəqillik dövrünün, sosializm realizminindən uzaq incəliklərindən bəhrələnmiş davamı və parlaq nümunəsidir. Təbii ki, sosializm realizmindən yenicə çıxmış  bir nəsil bu əsərləri tam kaloriti ilə başa düşə bilməzdi. Onun bu kitaba daxil etdiyi hekayələri şəksiz ədəbi incilər hesab olunmalıdır. “Qalanın son günü” hekayəsi isə tarixi Lənkəran qalası barədə yazılmış ilk və ən gözəl əsər hesab olunmalıdır. Oxucu hətta bu qəhrəmanlıq əsərinin daha da uzanmasını, bitməməsini arzulayır. Kitaba daxil edilmiş “Paz” romanı da bu baxımdan çox duzlu, maraqlı, oxunaqlıdır. H.Mirzə çox zəngin və qarışıq həyat həqiqət”lərindən ədəbi material kimi  istifadə etməyi bacarmışdır. Bu roman o qədər  real və elə incə həqiqətlərdən ibarətdir ki, sadə oxucu bəzi məqamlarda  eşitdiyi açıq fikirlərə və yeni ifadələrə görə diksinə, bəzən isə gözləri yaşarın”cayadək gülə bilər. Bir kitabda müxtəlif ədəbi cərəyanlara aid edilə biləcək əsərləri bir araya gətirmək yalnız Hafiz Mirzə istedadının  nəticəsi ola bilərdi. Təəssüf ki, bu gözəl əsər əvvəlcə öz layiqli dəyərini ala bilmədi. Sonralar isə kitabı “Qızıl qılınc” mükafatına layiq gördülər.
       H.Mirzənin 2007-ci ilin sonunda nəşr etdirdiyi “Qızmar yayın soyuq küləkləri” kitabı da yazıçının növbəti uğuru hesab oluna bilər. Bu kitabından sonra artıq Hafiz Mirzəni  əsil peşəkar nasir hesab etmək lazımdır. Bunu deməyə təkcə onun ədəbi məhsuldarlığı deyil, daha çox  bu kitaba daxil olunmuş əsərlərinin  qayəsi, təqdimatı forma və metodları əsas verir. Bir-birindən fərqli formalarda, hətta fərqli dildə verilən  bu əsərlər həm də Hafiz Mirzənin nə qədər böyük  bədii yaradıcılıq potensialına malik olmasının göstəricisidir. Kitaba daxil edilmiş ilk povest “Qurulmayan saat” adlanır. Povest sanki yazıçının özünün başına gələn hadisələrin toplusudur. Amma əslində heç də belə olmadığı məlumdur. Ən azı ona görə ki, bu povestin qəhrəmanı Vahab Manaf oğlu tamam başqa bir düşüncələrin sahibi və öz düşüncələrinin qurbanıdır. Bunlar həm psixoloji , həm də dərin fəlsəfi düşüncələrdir. Əsərdən bir hissəyə nəzər salaq:
Babasının evində kəfkirli bir divar saatı vardı. Həmin o saat zənciri dartılmaqla  qurulardı. Tam və yarım saatlarda bu saatın üst bacasından bir dəmir quşcuğaz çıxar və “qoq-qu” deyə üç dəfə oxuyardı. Lap körpə uşağın  “yoxdu əvəzinə “qoqqu”  deməsini xatırladırdı. Əgər həqiqətən də elə idisə, o quşcuğaz görəsən nəyin olmadığını, nəyin bitdiyini, qurtardığını çatdırmaq istəyirdi? Axı o, qoq-qu deyil, başqa cür də  səs çıxarda bilərdi. Nə üçün məhz qoq-qu? Bu da maraqlı idi ki, bu dünyada  heç vaxt qurulmayan, yəni dayandıqda bir də işə düşməyən zəncirsiz və ya  batereyasız saatlar da mövcud olmalı idi Bəs görəsən o hansı saatlar idi?
     Göründüyü kimi, əsər əslində çox böyük mətləbləri ifadə edir. Burada saat əslində ömürə, ömür saatına işarədir. Çünki yalnız insanın ömür saatı  kəfkirsiz və batereyasız işləyə bilər. Ömür elə bir saatdır ki, o yalnız yaranışından qurula bilir. Sonra onun qurulması mümkün deyil. Ömür saatı qurulmayan saat olsa da nə vaxtsa dayana bilir. Və o dayanırsa, ömür bitir, insan həyatı tərk edir. Əsərin sonunda Vahab Manaf oğluna bir çox həyat həqiqətləri məlum olur və o səhv etdiyini başa düşür. Lakin həyatda heç də hər səhv bağışlanılmır. Məhz  hər şeyi anladığı bir məqamda onun ömür saatı dayanır.
      Əsər boyu Hafiz Mirzə bir sıra maraqlı suallar qoyur, həyatın dibindən və üzündən faktlar göstərməklə həmin sualları cavablandırır, nəticə etibari ilə oxucuda düzgün fikir formalaşdırır.
      Şeyx İsmayılın Şeyxəkəran səfəri povesti də məsələlərin qoyuluşu baxımından çox maraqlıdır. Povest Şah İsmayıl Xətaiyə həsr olunmuşdur. Bildiyimiz kimi bu mövzuda Əlisa Nicat, Fərman Kərimzadə, Əzizə Cəfərzadə bədii əsərlər  romanlar yazmışdır. Hafiz Mirzə bu mövzuda povest yazmiş ilk yazıçıdır. Onun Şah İsmayıl Xətayiyə münasibəti də tamam başqadır. O, 13 yaşlı yeniyetmə Şeyx İsmayılın  Astaranın Ərçivan kəndində keçən son  yeniyetməlik ilini, ulu babasının qaynatası, dolayısı öz ulu babası Şeyx Zahid Gilaninin  məzari-şərifini  ziyarətə gəlməsi və bu səfər zaman çoxdan axtardıqları ideoloji əsası tapmalarına həsr olunub. Belə ki, hər bir mücadilənin təkcə fiziki, silahlı gücü deyil, eləcə də ideoloji əsasları olmalı, insanlar həmin ideologiyaya əsaslanıb döyüşməlidirlər. Beləcə, Şeyx İsmayıl Böyük Azərbaycan yaratmaq uğrunda  mücadiləsinə, Azərbaycan xanlıqlarını birləşdirmək işinə 12-ci İmam kimi zühur etmək və böyük qüdrət sahibi olmaq ideyası ilə atılır və qalib gəlir. Bu çox çətin psixoloji  və fəlsəfi nəticədir. Hafiz Mirzə sanki özü bu həqiqəti yaşayıbmış kimi bu məntiqi nəticəyə tam inandırıcı mükalimə və düşüncələrlə yiyələnir. Bu əsər həm də yazıçının çox zəngin biliyə və dünyagörüşünə  malik olmasının göstəricisi hesab oluna bilər. Əsərdən bir parçaya nəzər salaq:
Allah-təala küllü-kainatı ən  kiçik zərrələrdən yaratdı və hər bir tamın xislətində zərrələrə bölünmək xüsusiyyətini saxladı. Dünya-aləmi o xaliq şəffaf hava zərrələrinə bürüdü. Adi insan gözünün nuru yetməyən bu zərrələrə keçmiş və  gələcək zamanları ehtiva etmək xislətini verdi. Bu fikirlərin özü fəlsəfədə yenidir. Belə fikirlər məhz Hafiz Mirzə kimi istedadlı yazarın zehninin məhsulu ola bilərdi. Biz buna kitaba daxil edilmiş digər əsərləri oxuyarkən də rast gəlirik. Əsərlər isə bir-birindən çox fərqli və maraqlıdır. Buradakı Direktorun işdən çıxmaqlığı hekayəsi də özünəməxsus həqiqətlərin ifadəsinə həsr olunub. Eləcə də Proqrama salınmayan səfər hekayəsi başqa müəlliflər tərəfindən istifadə edilməmiş həyat həqiqətlərinin bədii ifadəsindən ibarətdir. Kitaba daxil edilmiş Bir an içində  fantastik hekayəsi də öz qeyri-adiliyi ilə seçilir. Ümumiyyətlə, Hafiz Mirzə yaradıcılığı  özünün qeyri-ada mövzular, qeyri-adi  yanaşma və ifadə tərzi ilə  fərqlənir. Onun məqalə və bədii əsərlərində müəllifin böyük istedadı ilə yanaşı həm də həyat qeri-adiliklərini adiləşdirmək bacarığı ifadə olunur.  Yazıçının həyat, cəmiyyət, ömür, qadın, kişi, övlad, ailə , məhəbbət barədə özünəməxsus  qənaətləri var. Bəzən həmin qənaətlərlə  razılaşmamaq da olur. Onun çılpaq və sərt ifadə tərzindən və hədsiz yumor və amansız ifa metodlarından  bir qədər çəkinməsi məsləhət olardı. Amma... amma onda da bu daha Hafiz Mirzə olmazdı. Bu onun yaradıcılığı, onun dünyagörüşü, onun ifadə tərzidir. Bununla da sevilən, qəbulediləndir. Əslində onun bütün əsərləri mükəmməl qurulmuş saat kimidir. Hətta ziyalı bir oxucu əsərləri oxuyub bitirdikdən sonra da bu əsərlər qurtarmır, bitmir, oxucunun düşüncəsində uzun müddət davam edir. Lap müəllif tərəfindən oxucu üçün  qurulmuş saat kimi.
 

                                                                                       AYAZ  Əhmədov  (tədqiqatçı filoloq-etnoqraf)

 

 

 

 

 

 

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai